AZ

Levandovski Messi və Ronaldunun rekordunu təkrarladı

"Barselona"nın 37 yaşlı polşalı hücumçusu Robert Levandovski XXI əsrdə Avropanın top çempionatlarında Lionel Messi və Kriştianu Ronaldunun tarixi nailiyyətini təkrarlayıb.

Azreform.info bu barədə "Opta Sport" statistik portalına istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Levandovski 2025/2026 mövsümündə İspaniya La Liqasında 10-cu qolunu vuraraq, XXI əsrdə Avropanın beş aparıcı liqasında ardıcıl 15 mövsüm ərzində ikirəqəmli sayda qol vuran üçüncü oyunçu olub.

Ondan əvvəl bu nəticəni yalnız Ronaldu (16 mövsüm) və Messi (15 mövsüm) göstərib.

Qeyd edək ki, polşalı hücumçu bu nailiyyətə La Liqanın 23-cü turunda "Malyorka" ilə görüşdə (3:0) fərqlənməklə imza atıb.(oxu.az)

Seçilən
0
5
azreform.info

7Mənbələr