Ötən ilin sentyabrında İtaliya "Komo"sundan ayrılandan sonra klubsuz qalan Dele Alli karyerasını La Liqada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "talkSPORT" yayıb.
Məlumata görə, 29 yaşlı yarımmüdafiəçi ilə 4 İspaniya təmsilçisi - "Ovyedo", "Elçe", "Sevilya" və "Xetafe" maraqlanır.
Xatırladaq ki, daha öncə "Beşiktaş"da ümudləri doğrulda bilməyən Alli İtaliyada olduğu 8 ay müddətində "Komo"nun forması ilə cəmi 1 oyun keçirib.
Nihat