AZ

İki ərəb ölkəsi arasında gərginlik

Yazını böyüt
Yazını kiçilt

Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə 2013-cü ildə imzalanmış və 30 dekabr 2014-cü il tarixində prezident fərmanı ilə təsdiqlənmiş hava nəqliyyatı müqaviləsinin ləğvi üçün prosedurlara başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Əlcəzair mətbuatı məlumat yayıb.

Bildirilib ki, bu qərar iki ölkə arasında hava səyahəti, turizm və yük daşınması kimi iqtisadi aspektlərə təsir göstərə bilər.

“Ötən ilin oktyabr ayında Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ölkənin BƏƏ-dən başqa bütün Körfəz dövlətləri ilə münasibətlərinin isti olduğunu söylədikdən sonra münasibətlər daha da pisləşdi. O, Səudiyyə Ərəbistanı, Küveyt, Oman və Qətərlə münasibətləri "qardaşlıq" adlandırıb, eyni zamanda adı açıqlanmayan bir ölkəni Əlcəzairin daxili işlərinə müdaxilə etməkdə və ölkədə sabitliyi pozmaqda ittiham edib”, - məlumatda qeyd olunub.

Seçilən
0
3
hafta.az

4Mənbələr