"Qarabağ"ın sabiq futbolçusu Ovusu Kvabena yenidən Türkiyədə oynayacaq.
Adalet.az xəbər verir ki, qanalı futbolçu Sakaryasporla anlaşıb.
O, birinci liqa klubuna mövsümün sonuna qədər kömək edəcək.
28 yaşlı futbolçu 2020-2023-cü illərdə "Qarabağ"ın formasını geyinib.