“Nyukasl” Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”a qarşı oyunlar üçün yekun heyətini təsdiqləyib.
Sportinfo.az xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Eddi Hou heyətə 45 oyunçunun adını daxil edib, onlardan 24-ü “B” siyahısındadır.
“Qarabağ”la “Nyukasl” arasındakı oyunlar fevralın 18-də və 24-də keçiriləcək.
Qapıçılar: Nik Pop, Con Raddi, Maks Tompson, Aron Ramsdeyl, Ayden Harris, Adam Harrison;
Müdafiəçilər: Kiran Trippyer, Luis Holl, Sven Botman, Fabian Şar, Malik Tyau, Tino Livramento, Dan Bern, Aleks Merfi, Kahal Heffernan, Kiran Tompson, Çarli Makartur, Dilan Çarlton, Lyuk Kraqqs, Leo Şahar, Loqan Votts;
Yarımmüdafiəçilər: Joelinton, Sandro Tonali, Co Villok, Bruno Gimarayeş, Ben Parkinson, Ceykob Remzi, Skott Beyli, Entoni Munda, Luis Mayli, Qay Blumer, Ademola Alabi;
Hücumçular: Yoan Vissa, Entoni Qordon, Harvi Barns, Vilyam Osula, Entoni Elanqa, Ceykob Merfi, Nik Voltemade, Conni Emerson, Darren Palmer, Co Brayson, Şon Niv, Mateos Ferreyra, Maykl Mills.