Bakı. Trend:
Qəbələ festivalı musiqi bayramı olmaqla yanaşı, həm dəmədəniyyətlərarası dialoqa mühüm töhfə kimi dəyərləndirilə bilər.“Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı da bu mənada istisnadeyil.
Trend xəbər verir ki,festival çərçivəsində fevralın 7-də Qəbələdə Azərbaycan ilə İtaliyaarasında dostluğu təcəssüm etdirən “Bakı-Neapol: musiqi körpüsü”kamera musiqisi axşamı keçirilib. Heydər Əliyev Konqres Mərkəzindəkeçirilən konsertdə festivalın təşkilatçı qurumlarınıntəmsilçiləri, yerli musiqisevərlər, şəhərin qonaqları iştirakediblər.
Konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı MusiqiAkademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxışedərək, proqrama Azərbaycan və italyan bəstəkarlarının romansjanrında yazdıqları əsərlərinin daxil edildiyini diqqətə çatdırıbvə bu janrın xüsusiyyətləri barədə qısa məlumat verib.
Konsertdə V.Bellininin “Melanxoliya” romansı, Səid Rüstəmovun“İntizar”, “Hardasan”, Sevda İbrahimovanın “Oyan, Bülbül”, TofiqQuliyevin “Bakılıyam mən”, “Lirik mahnı”, “Bəxtəvər oldum”, “Qızılüzük”, Vasif Adıgözəlovun “Qərənfil”, “Bakı haqqında mahnı”, PoladBülbüloğlunun “Şən Azərbaycan”, həmçinin R.Falvonun “Dicitencellovuje”, S.Kardillonun “Heapolitan mahnısı “Katari”, F.Tostinin ikiromansı, C.Biksionun “Parlami D amore Mariu” əsərlərisəsləndirilib.
Xalq artistləri Fərhad Bədəlbəyli (piano), Murad Adıgözəlzadə(piano) və Əməkdar artist Emil Əfrasiyabın (piano), həmçininsolistlər Afaq Abbasova (soprano), Aytac Şıxəlizadə(mezzo-soprano), Azər Zadə (tenor), Mahir Tağızadə (bariton) vəAysun Mahmudzadənin (soprano) ifaları musiqisevərlər tərəfindənalqışlarla qarşılanıb.
Konsertin sonunda bütün solistlər Tofiq Quliyevin “Dostluqmahnısı”nı ifa ediblər.
Fevralın 8-də axşam Heydər Əliyev Konqres Mərkəzində “Qışnağılı” Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimivə yekun konserti olacaq. “Azərbaycan-İspaniya: iki ölkə, birmusiqi” adlı flamenko-caz musiqi gecəsində İspaniyadan dəvət alanifaçı və rəqqaslar səhnəyə çıxacaq.