“Regiondakı dost ölkələrin dəstəyi ilə keçirilən İran-Amerika danışıqları irəliyə doğru bir addım oldu”.
“Cebheinfo.az” xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian bu barədə sosial mediada yazıb.
O qeyd edib ki, dialoq həmişə sülh yolu ilə həll strategiyamız olub:
“Nüvə məsələlərində məntiqimiz Nüvə Silahlarının Yayılmaması Müqaviləsində təsbit olunmuş hüquqlara əsaslanır. İran xalqı həmişə qarşılıqlı hörmətlə qarşılanıb, lakin güc dilini qəbul etmir".