AZ

Müəllimini güllələyən şagirdin “TikTok” paylaşımları ŞOK ETDİ

Bakı şəhərindəki “İdrak” liseyində müəllimini güllələyən şagirdlə bağlı yeni detallar üzə çıxıb.

NOCOMMENT.az  xəbər verir ki, şagirdin “TikTok” hesabındakı repostlar sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Bildirilir ki, paylaşımlarda 2018-ci ildə Kerç şəhərində baş vermiş faciənin iştirakçısı Vladislav Roslyakovla bağlı məzmun üstünlük təşkil edir. Repostların böyük hissəsinin məhz bu şəxsə həsr olunması şagirdin ona xüsusi maraq göstərdiyini deməyə əsas verir.

Xatırladaq ki, Vladislav Roslyakov 2018-ci ilin oktyabrında oxuduğu Kerç Politexnik Kollecində silahlı hücum törətmişdi. Həmin hadisə Rusiya tarixində təhsil müəssisələrində baş verən ən ağır hücumlardan biri kimi qiymətləndirilir və sonradan “Kerç Kolumbaynı” adı ilə tanınıb. Araşdırmalara görə, bu olay ABŞ-da baş vermiş Kolumbayn məktəb hadisəsindən təsirlənərək həyata keçirilmişdi.\\Musavat.com

img_20260208_120658_987.jpg

Seçilən
2
4
nocomment.az

5Mənbələr