Nəriman Axundzadənin “Qarabağ”dan ayrılacağı qətiləşib.
Ölkə.Az xəbər verir ki, etibarlı mənbələr QOL.az saytına təsdiq edib ki, 22 yaşlı hücumçu karyerasını ABŞ-da - MLS təmsilçisi “Kolambus Kru” klubunda davam etdirəcək.
Tezliklə tərəflər arasında müqavilə imzalanacaq.
“Qarabağ”ın bu sövdələşmədən nə qədər qazanacağı hələlik bəlli deyil.
Qeyd edək ki, Nərimanın ABŞ-da oynayacağına dair ilk xəbəri sportinfo.az saytı yayıb.