AZ

Türkiyədən Zelenskiyə açıq tənqid: Bu, bizə ağır zərbədir

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə tankerlərə hücumları Prezident Volodimir Zelenskinin qərarlarını şübhə altına alır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin “DikGazete” qəzeti məlumat yayıb.

“Mülki tankerlərə hücumlar təkcə dəniz naviqasiyasına deyil, həm də diplomatik münasibətlər sisteminə zərbədir.  Kiyevin tanker hücumları vasitəsilə Rusiya ilə Türkiyə arasındakı münasibətləri pisləşdirmək cəhdləri uğursuz olub.

Əksinə, bu cəhdlər Kiyevlə Ankara arasındakı münasibətlərə ağır zərbə vurub , o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan da hadisəni tənqid edib”, – deyə bildirilib.

Daha əvvəl “The New York Times” qəzeti Ukraynanın Rusiya neft tankerlərinə qarşı hədəfli kampaniya başlatdığını yazmışdı.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
globalinfo.az

1Mənbələr