AZ

Respublikaçı senator İranla bağlı fikrini dəyişdi

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Ümid edirəm ki, İran və ABŞ arasında hər hansı bir razılaşma həm milli təhlükəsizlik məqsədlərimizə, həm də İran xalqının ehtiyaclarına cavab verəcək”. 

Globalinfo.az xəbər verir ki, bunu ABŞ senatoru, respublikaçı Lindsi Qreym bildirib.

“İranın razılaşmalara riayət etməklə bağlı davranışını nəzərə alsaq, bu, asan olmaya bilər. Buna baxmayaraq, mən müzakirələrə açığam, çünki İran və ABŞ arasında hər hansı razılaşma Konqresdə nəzərdən keçirilməli və səsverməyə təqdim olunmalıdır”.

Qeyd edək ki, Qreym əvvəllər İrana qarşı sərt mövqeyi ilə tanınır və ABŞ-ın İslam Respublikasına hərbi zərbə imkanını müdafiə edirdi.

O, daha öncə Tehranla hər hansı razılaşmaya qarşı çıxsa da, bu dəfə tonunu yumşaldaraq diplomatik razılaşma imkanını istisna etməyib.

Safura Bənnayeva

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
globalinfo.az

1Mənbələr