AZ

Suriyanın Homs şəhərində yaşayış binasında yanğın olub

Suriyanın Homs şəhərinin Quta rayonunda yaşayış binasında baş verən yanğın nəticəsində beş nəfər həlak olub, daha 10 nəfər xəsarət alıb.

Bakıvaxtı.az SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriyanın Mülki Müdafiə Xidməti məlumat yayıb.

Həlak olanlardan üçü qadın və ikisi kişidir. Xəsarət alan 10 nəfərə hadisə yerində tibbi yardım göstərilib.

Bildirilib ki, yanğın birinci mərtəbədəki mənzildə dizel yanacağı ilə işləyən qızdırıcıdan başlayıb.

 

Seçilən
4
4
bakivaxti.az

5Mənbələr