Kabildə yaşayış evində qaz balonunun partlaması nəticəsində azı səkkiz nəfər həlak olub.
Moderator.az "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstan paytaxtının qubernatorluğu məlumat yayıb.
Bildirilib ki, ailənin qışda istilik üçün istifadə etdiyi balon qaz sızması səbəbindən partlayıb.
Agentlik qeyd edir ki, müasir istilik infrastrukturunun olmadığı Əfqanıstanda əksər evlərin istiliyi üçün qaz balonlarından və ya ənənəvi sobalardan istifadə edilir. Bu səbəbdən ölkədə belə bədbəxt hadisələr tez-tez baş verir.