AZ

Lombarddan pul götürənlərə XƏBƏRDARLIQ

Bu gün kredit insanlar üçün təkcə investisiya aləti deyil, həm də hansısa problemin müvəqqəti həll yoludur. Ona görə də iş qurmaq istəyən də, işini genişləndirmək istəyən də və hətta hansısa borcunu bağlamaq istəyən də üzünü kreditorlara tutur.

Təbii ki, maliyyə bazarında da müxtəlif oyunçular var. Onların da bu məsələyə öz yanaşmaları var. Məsələn banklar etimadı itirmiş, gecikməyə görə adı “qara siyahı”ya düşmüş şəxslərə kredit vermir. Belə vəziyyətdə vətəndaş lombardlara üz tutur. Lombardlarda isə kredit faizləri çox yüksək olur. Əgər banklarda illik faiz dərəcələri ortalama 15-20-dirsə, lombardlarda bu göstərici ən azı iki dəfə yüksəkdir.

Bəs, lombardlarda kredit faizi niyə bu qədər yüksəkdir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, lombardların pulunun maya dəyəri bahadır:

“Banklar ucuz pul mənbələrinə çıxışa malikdirlər. Mərkəzi Bankdan uçot faizi ilə kredit götürə bilirlər. Əmanətlər cəlb edirlər. Digər mənbələrdə də banklar vəsait əldə edə bilirlər. Ona görə də banklar daha ucuz kredit təklif edir. Bank olmayan kredit təşkilatlarında da kredit faizləri banklarla müqayisədə daha bahadır.

Çünki onların da ucuz pula çıxışı yoxdur. Onlar əsasən banklardan kredit götürürlər. Ona görə də BOKT-ların verdiyi kreditlərin də faizi kifayət qədər yüksək olur. Lombardların isə ümumiyyətlə vəsaitləri az olur. Onların ucuz vəsaitə çıxışları az olduğu üçün kredit faizləri yüksək olur”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
21
3
bizim.media

4Mənbələr