AZ

Natiq Qasımovun ailəsi Leyla Əliyeva və Alena Əliyevaya onları ziyarət etməsinə təşəkkür edib

Milli Qəhrəman Natiq Qasımovun ailə üzvləri Leyla Əliyeva və Alena Əliyevaya onları ziyarət etməsinə təşəkkür ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a N.Qasımovun qardaşı Nofəl Qasımov bildirib.

N.Qasımov Leyla Əliyevanın və Alena Əliyevanın ziyarətini xoş qaşıladıqlarını, bu günün onlar üçün sevinc dolu anlar olduğunu bildirib:

"Cənab Prezidentin ailə üzvlərinin evimizdə olması, bizi ziyarət etməsi çox xoş oldu. Bu gün yaddaşımızda hər zaman xoş xatirələrdən biri kimi qalacaq. Ailəmiz adından Leyla xanıma və Alena xanıma təşəkkür edirik. Həmçinin Natiq Qasımova Milli Qəhrəman adı verdiyinə görə cənab Prezidentə təşəkkürlərimizi çatdırmağı xahiş etdik.

"Görüş çox xoş keçdi, onlarla söhbət edib, Natiq Qasımovla bağlı xatirələrimizi bölüşdük. Dövlətimizin başçısı tərəfindən bizə göstərilən qayğı və diqqət üçün minnətdarlığımızı bildiririk".

Milli Qəhrəmanın bacısı Kəmalə Heydərova da Natiq Qasımovun xatirəsini əziz tutduğuna görə, Prezident İlham Əliyevə və ailə üzvlərinə təşəkkür edib: "Leyla Əliyeva və Alena Əliyevanın qapımızı açıb, bizi ziyarət etmələri, maraqlanmaları çox xoşdur, sevindiricidir. Anam da çox istəyərdi ki, bu günü görsün, amma qismət olmadı. Bununla belə, anamın dünyasını dəyişməsindən bir müddət öncə cənab Prezidentin qardaşıma Milli Qəhrəman adını verməsi ona böyük təsəlli oldu. Bir daha bu xoş ziyarətə görə Leyla Əliyevaya və Alena Əliyevaya minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhərinə səfər çərçivəsində Milli Qəhrəman N.Qasımovun ailəsini ziyarət edib.

Seçilən
18
5
bakivaxti.az

6Mənbələr