AZ

İran və ABŞ arasında müzakirələr irəliyə doğru bir addım idi – Pezeşkian

BAKI, TurkicWorld

Regionda dost ölkələrin əməkdaşlığı ilə təşkil olunan İran və ABŞ arasında müzakirələr irəliyə doğru bir addım idi.

TurkicWorld-un məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, məsələlərin dinc yolla həlli istiqamətində dialoq İranın həmişəki strategiyası olub.

Pezeşkian əlavə edib ki, İranın nüvə məsələsində məntiqi Nüvə Silahlarının Yayılmamasına dair Saziş (NPT) çərçivəsində qeyd olunan haqqıdır.

“İran həmişə hörmətə hörmətlə cavab verir, lakin zorakılığa boyun əymir”, - deyə o qeyd edib.

Qeyd edək ki, 6 fevralda İran və ABŞ arasında Omanın Məsqət şəhərində İranın nüvə proqramı ilə əlaqədar danışıqlar aparılıb. Tərəflər danışıqların davam etdirilməsi üzrə razılığa gəliblər.

Seçilən
5
1
turkic.world

2Mənbələr