AZ

Noyerə müqavilə təklifi

“Bavariya”nın qapıçısı Manuel Noyer klubdan yeni müqavilə təklifi alıb.

Msport.az xəbər verir ki, Münhen nəhəngi 39 yaşlı kapitana gələn mövsümün sonuna qədər bir illik müqavilə təklif edib.

Qapıçı hələ cavab verməyib. Daha əvvəl bildirilirdi ki, Noyer gələcək planları ilə bağlı hələ qərar verməyib: o, bu yay ya qala, ya da karyerasını bitirə çıxa bilər.

Bu mövsüm veteran ulduz “Bavariya”nın heyətində bütün yarışlarda 25 oyun keçirib, 26 qol buraxıb və yeddi dəfə qapısını quru saxlayıb. Alman qapıçının martda 40 yaşı olacaq.

Seçilən
3
2
msport.az

3Mənbələr