Tərtər rayon sakini Bakıda dəm qazından zəhərlənərək ölüb.
“Teleqraf”ın məlumatına görə, hadisə Nəsimi rayonunda baş verib.
Belə ki, 2003-cü il təvəllüdlü Dadaşov Anar kirayə qaldığı mənzildə, hamamda olarkən dəm qazından zəhərlənərək həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.