“Yuventus” futbolçusu Kenan Yıldızla müqaviləni uzadıb.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Turin təmsilçisinin 20 yaşlı hücumçu ilə müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Daha əvvəl mətbuatda yer alan xəbərlərə görə, yeni razılaşmadan sonra Türkiyə millisinin üzvü “Yuventus”un ən çox qazanan futbolçularından biri olacaq.
Qeyd edək ki, Kenan Yıldız 2022-ci ilin yayında “Bavariya”dan “Yuventus”a keçib. O, cari mövsümdə bütün turnirlərdə 31 oyuna çıxaraq 9 qol vurub və 8 məhsuldar ötürmə edib.