AZ

Azərbaycan Basketbol Liqasında 15-ci tura yekun vurulur

Azərbaycan Basketbol Liqasında bu gün 15-ci tura iki oyunla yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, turun son oyun günündə "Şəki" evdə "Abşeron Lions"la, "Neftçi" isə "Sabah" la qarşılaşacaq.

İlk oyun saat 14:00-da Şəki Olimpiya İdman Kompleksində start götürəcək. Turun son qarşılaşması isə saat 18:00-da Bakı İdman Sarayında baş tutacaq.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" "Sərhədçi"ni (97:89), "Ordu" "Naxçıvan"ı (95:92) "Gəncə" NTD-ni (104:85) məğlub edib.

İdman.Biz
Seçilən
0
4
idman.biz

5Mənbələr