AZ

Putinin Avropa ilə bağlı planı ifşa edildi 29 il öncəyə işarə

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Rusiya ABŞ-ı Avropadan uzaqlaşdırmaq fikrindədir. Bu, sovet düşüncəsidir”.

Globalinfo.az xəbər verir ki, bunu keçmiş alman diplomatı və Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinqer deyib.

“Biz Rusiya Prezidenti Vladimir Putinin məqsədini bilirik. O, 1997-ci ildən əvvəl mövcud olan vəziyyəti bərpa etmək istəyir. Həmin zaman NATO Polşanı, Çexiyanı, Macarıstanı və daha sonra digər ölkələri qəbul etmişdi. Putin amerikalıları Avropadan çıxarmaq istəyir”, – İşinqer bildirib.

O qeyd edib ki, Qərb bütün bunları ciddiyə almalıdır.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
globalinfo.az

1Mənbələr