Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Ən-Nəsr"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu klubda və liqada baş verənlərdən ciddi narazılığını bildirib və komandanı tərk etməyə hazır olduğunu bəyan edib.
Oxu.Az bu barədə MBC nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Ronaldu klubun transfer siyasətindən məyus olub və əmindir ki, məmurlar "Əl-Hilal"ın çempionluğunu təmin etmək üçün resursları həmin kluba yönəldərək "Ən-Nəsr"i qəsdən gücləndirmirlər.
"Əgər yay dövründə tələblərim yerinə yetirilməsə, mən gedəcəyəm", - deyə o qeyd edib. Hücumçu komandalara bərabər münasibət göstərilməsini və artıq yaxın transfer pəncərəsində dəyişikliklərin edilməsini tələb edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.