AZ

Salonikidəki kütləvi iğtişaşlar zamanı 309 nəfər saxlanılıb

Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kokteyl partlayışı nəticəsində bir polis məmuru yanıq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib

Yunanıstanın ikinci ən böyük şəhəri olan Salonikidə Aristotel Universiteti yaxınlığında baş verən iğtişaşlardan sonra 309 nəfər saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə "Greek Reporter" məlumat yayıb.

Üzləri örtülü və başlıq geyinmiş bir qrup insan Aristotel Universitetindən çıxaraq çevik polisə Molotov kokteyli atmağa başlayıb.

Kokteyl partlayışı nəticəsində bir polis məmuru yanıq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. İğtişaşçılar park edilmiş bir neçə avtomobilə zərər vurublar, onlardan biri tamamilə yanıb. Onlar həmçinin küçəni yanan zibil qutularından ibarət barrikada ilə bağlayıblar.

İğtişaşçıları dəf etmək və yanğınları söndürmək üçün su şırnaqları və göz yaşartıcı qazdan istifadə edilib.

Yunanıstan mediası iğtişaşların səbəbini açıqlamayıb və saxlanılanlardan heç birinin həbsi barədə məlumat olmadığını qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
ayna.az

1Mənbələr