AZ

Doğuşdan ağıllı olan bürclər

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Astrologiyada zəka təkcə məktəbdə yaxşı qiymət almaq ilə ölçülmür. Analitik yanaşma, güclü sezgi, çevik qərarvermə və hadisələri öncədən duymaq da bu anlayışa daxildir. Demokrat.az xəbər verir ki, astroloqlara görə elə bürclər var ki, bu xüsusiyyətlərin bir neçəsini eyni anda daşıyır və digərlərindən seçilir.Sürətli düşünən, detalları qaçırmayan və hadisələrə dərin baxa bilən bu bürclər çox vaxt doğuşdan zəkalı hesab olunur.Bu siyahının ilk sırasında Dolça bürcü dayanır. Yenilikçi düşüncə tərzi, fərqli baxış bucağı və gələcəyi görmə qabiliyyəti ilə seçilən Dolçalar adətən çərçivələrə sığmır. Elm, texnologiya və gələcəklə bağlı mövzular onlara yaxındır. Zəkaları hər kəsin diqqətini dərhal çəkməsə də, dərinliyi ilə fərqlənir.İkinci yerdə Qız bürcü qərarlaşıb. Detallara həssas yanaşma, güclü analiz bacarığı və məntiqli düşüncə bu bürcün əsas cəhətlərindəndir. Problemləri xırda hissələrə bölərək həll etməyi bacarırlar. Planlama və təşkilatçılıq tələb edən işlərdə adətən söz sahibi olurlar. Sevmədikləri işi görməmək xüsusiyyəti isə onları digərlərindən ayırır.Üçüncü sırada Əqrəb bürcü yer alır. Onların zəkası daha çox sezgi və strategiya üzərində qurulub. İnsanları və baş verənləri dərindən oxumaq qabiliyyətinə malikdirlər. Hadisələrin arxa planını tez anlayırlar. Bununla yanaşı, emosiyalarına uduzduqları anlar da olur.Yəni, bu üç bürc fərqli zəka növlərini birləşdirərək ətrafdakıların görmədiyini görə, düşünmədiyini düşünə bilir.İsmayıl

Demorkat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
76
demokrat.az

1Mənbələr