“Beşiktaş” heyətinə yeni qapıçı cəlb edib.
Sportinfo.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi “Roma”ya məxsus olan Devis Vaskesi cari mövsümün sonunadək icarəyə götürüb.
“Beşiktaş” 27 yaşlı kolumbiyalı kiperi almaq hüququna da malikdir.
Devis Vaskes 2025-ci ilin yayında “Roma”ya keçib.