Misli Premyer Liqasında bu gün XIX tura start veriləcək.
NOCOMMENT.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə “Sabah” evdə “Araz-Naxçıvan”la üz-üzə gələcək. Görüş Bank Respublika Arenada, saat 16:00-da start götürəcək. “Sabah” hazırda 43 xalla turnir cədvəlinə başçılıq edir. 6-cı pillədə olan “Araz-Naxçıvan”ın 27 xalı var.
Günün son matçı Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası “Zirə”ni qəbul edəcək. Oyuna Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 18:30-da start veriləcək. “Sumqayıt” hazırda 30 xalla 4-cü yerdədir. Bir pillə aşağıda olan Bakı klubunun isə 29 xalı var.
Misli Premyer Liqası
II dövrə, XIX tur
8 fevral
16:00. “Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Əli Əliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Bank Respublika Arena”.
18:30. “Sumqayıt” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Alik Yunusov.
VAR: Rauf Cabarov.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Qeyd edək ki, XIX tura fevralın 10-da yekun vurulacaq.