AZ

Transfer planı işə düşdü: Madrid klubu müdafiəyə pulsuz gücləndirmə axtarır

İspaniyanın "Real" klubunun transfer hədəfi müdafiə xəttinin gücləndirilməsidir.

İdman.Biz xəbər verir ki, jurnalist Nikolo Skiranın yaydığı məlumata görə, Madrid təmsilçisi iyul ayında azad agent statusunda olacaq mərkəz müdafiəçisi İbrahima Konateni heyətinə qatmaq üçün ciddi səylər göstərir.

Mənbənin bildirdiyinə əsasən, klub rəhbərliyi müdafiəçiyə 2031-ci ilə kimi müqavilə təklif edib.

Qeyd edək ki, hazırda Transfermarkt portalında Konatenin transfer dəyəri 50 milyon avrodur (100 miyon AZN).

İdman.Biz
Seçilən
12
1
idman.biz

2Mənbələr