AZ

Kenan Yıldız “Yuventus”la yeni müqaviləyə imza atdı – ARENA.AZ

İtaliyanın “Yuventus” klubu Türkiyə milli komandasının da üzvü olan cinah hücumçusu Kenan Yıldız ilə müqaviləsinin müddətini uzadıb.

Arena.az xəbər verir ki, xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

Türkiyəli vingerlə 2030-cu ilin yayına kimi nəzərdə tutulmuş yeni sözləşmə imzalanıb. Yeni müqaviləyə əsasən, 20 yaşlı futbolçunun illik maaşı 6 milyon avro təşkil edəcək. Tərəflər arasındakı əvvəlki müqavilə 2029-cu ilin 30 iyununa qədər idi. Həm də futbolçu ilinə 1,5 milyon avro qazanırdı.

Yeri gəlmişkən, “Yuventus”un baş məşqçisi Luçano Spalletti “byankoneri”nin 20 yaşlı türk ulduzunun cərimə zərbələri ilə bağlı sualı cavablayıb:

“Bəli, Kenanın güclü ayağı var və o, zirvələri fəth edə bilər. O, bunu başa düşməlidir”, deyə Spalletti vurğulayıb.

Xatırladaq ki, Kenan Yıldız Almaniyanın “Bayern” klubunun yetirməsidir. Türk futbolçu “Yuventus”a 2022-ci ilin iyul ayında azad agent qismində qoşulub. 2023-cü ildən Turin təmsilçisinin əsas komandasına cəlb edilmiş türk hücumçu meydana çıxdığı 115 oyuna çıxıb, 25 qola imza atıb və 19 məhsuldar ötürmə verib.

Yıldız 2023-cü ilin oktyabr ayında debüt etdiyi Türkiyə milli komandasında 26 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 20 yaşlı türk hücumçunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
7
9
arena.az

10Mənbələr