“Fransa özünün dünyaya bəyan etdiyi demokratik prinsiplərə zidd qərarlar qəbul edir. Bu addımlar, Fransanın kimlərinsə sifarişini yerinə yetirdiyini göstərir.” – bu fikirləri Azərbaycan Televizyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Deputat qeyd edib ki, erməni və Azərbaycan cəmiyyətlərinin yaxınlaşması bəzi qüvvələri qorxuya salıb və son 6 ay ərzində baş verən hadisələr, o cümlədən Azərbaycandan tranzit olaraq yüklərin Ermənistana göndərilməsi və aparılan danışıqlar, müəyyən xarici siyasətlərin maraqlarına ziddir.