AZ

BMW sürücüsü həbs olundu

Xırdalan-Binəqədi yolunda hərəkətdə olan BMW markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün saxlanılıb.

"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, avtomobili idarə edən Elşən Məmmədovun sürücülük hüququnun olmaması aşkarlanıb.

Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan E.Məmmədov məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Seçilən
19
1
yenisabah.az

2Mənbələr