AZ

Papilloma virusu xərçəngə gətirib çıxara bilər?

"Papilloma virusları (HPV) yoluxma zamanı həmişə xəstəlik yaratmır. Bu virusa yoluxma zamanı xərçəngin yaranması riski ilk növbədə immunitetdən asılıdır".

Moderator.az-ın xəbərinə görə, bu barədə rusiyalı həkim Aleksey Şevçuk "Gazeta.ru" nəşrinə müsahibəsində danışıb.

"Məhz immun sistemi HPV infeksiyasının inkişafında əsas rol oynayır. Demək olar ki, bütün qadınlar həyatları boyu papillomavirus infeksiyası, eləcə də yüksək onkogen riskli viruslarla qarşılaşırlar. Lakin qadınların yalnız 5-15%-i HPV-nin klinik təzahürləri - xərçəngyönümlü dəyişikliklər və ya bədxassəli şişlərin inkişafı ilə üzləşirlər", - deyə həkim izah edib.

Səbəb məhz immun sisteminin fəaliyyətində gizlidir: bu sistem zəiflədiyi zaman HPV infeksiyası inkişaf edir, lakin normal immuniteti olan insanlarda virus əksər hallarda öz-özünə orqanizmdən xaric olur.

"Əlbəttə ki, immun sistemimizə mənfi təsir göstərən xarici amillər böyük əhəmiyyət kəsb edir. Həyat tərzi də böyük əhəmiyyət kəsb edir. Həkimlərin sağlam qidalanma, kifayət qədər fiziki aktivlik, siqaret və alkoqol istehlakından imtina barədə daim danışmaları əbəs yerə deyil", - deyə Aleksey Şevçuk qeyd edib.

Seçilən
0
3
moderator.az

4Mənbələr