AZ

Levandovskinin etdiyini yalnız Ronaldu ilə Messi bacarıb

"Barselona"nın 37 yaşlı hücumçusu Robert Levandovski Kriştianu Ronaldu və Lionel Messinin tarixi nəticələrini təkrarlayıb.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki,  bu mövsüm La Liqada 10 qol vuran polşalı forvard 21-ci əsrdə "böyük 5-lik" çempionatlarında ardıcıl 15 mövsümdə ikirəqəmli sayda fərqlənən 3-cü futbolçu olub.

Ronaldu Avropa klublarında top qovduğu dönəmdə ardıcıl 16, Messi 15 "futbol ili"ndə belə göstərici ilə diqqət çəkib.

Qeyd edək ki, Levandovski bu nəticəni La Liqanın 23-cü turunda "Malyorka"nı yendikləri (3:0) matçda rəqib qapısına yol taparaq reallaşdırıb.

Nihat

Seçilən
4
1
fanat.az

2Mənbələr