AZ

Levandovski Messi və Ronaldunun tarixi nailiyyətini təkrarladı

“Barselona”nın polşalı hücumçusu Robert Levandovski XXI əsrdə Avropanın aparıcı liqalarında Lionel Messi və Kriştianu Ronaldunun tarixi göstəricisini təkrarlayıb.

Unikal" “Opta Sport”a istinadən xəbər verir ki, 37 yaşlı forvard La Liqanın 23-cü turunda “Malyorka” ilə oyunda (3:0) qol vurub.

Bununla da Levandovski 2025/2026 mövsümündə La Liqada 10 qola çataraq bu əsrdə Avropanın beş aparıcı liqasında ardıcıl 15 mövsüm ikirəqəmli qol vuran üçüncü futbolçu olub. Daha əvvəl bu nailiyyətə yalnız Messi (15 mövsüm) və Ronaldu (16 mövsüm) imza atıb.

Qeyd edək ki, hücumçu 2022-ci ildən Barselonanın formasını geyinir. Cari mövsümdə o, bütün turnirlərdə 28 oyunda 13 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
6
2
unikal.az

10Mənbələr