AZ

O silah şagirdin əlinə görün necə keçib İdrak dakı hadisə ilə bağlı yeni detallar

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“İdrak” liseyində müəllimi gülləyən şagird və ailəsi ilə bağlı hər gün yeni detallar ortaya çıxır. Hadisədən sonra şagirdin atası Samir Şirinovun bu məsələdə məsuliyyəti də gündəmə gəlib. Belə ki, şagird müəllimə atasına məxsus ov silahından atəş açıb. Bu isə hüquqi məsuliyyət yaradır.

Globalinfo.az bildirir ki, ov silahının saxlanma qaydası və saxlayan şəxsin məsuliyyəti var. Silah bağlı yerdə olmalıdır. Hüquqi məsuliyyətə nəzarət mexanizmi Daxili İşlər Nazirliyindədir (DİN). Sahə inspektorları və sahə rəisləri ilə bağlı DİN-in əmri ilə təsdiq olunmuş vəzifə təlimatları var. Uyğun olaraq hər rübdə, ya da 6 aydan az müddət olmamaqla, silah sahibinin ünvanına baxış keçirilməli, silahın saxlanması qaydaları müəyyən olunmalı, düzgün saxlanılmayan silah aktlaşdırılaraq götürülməldiri.

Silahın düzgün saxlanılması nə deməkdir?

Ov silahlarının saxlanması qaydası tələb edir ki, silah və onun istifadəsi üçün nəzərdə tutulan sursat (güllə) ayrı ayrılıqda (gülləni silahın içində saxlamaq qadağandır) dəmir seyfdə tam təhlükəsiz qaydada digər şəxslərin müdaxilə etmək imkanı olmayan şəraitdə saxlanmalıdır. Buna nəzarəti isə sahə inspektoru, eləcə də sahə rəisi həyata keçirir. Hər dəfə silaha baxış zamanı saxlanma qaydası ilə bağlı akt tərtib edilməlidir.

İnanırıq ki, DİN tərəfindən digər mövzularda olduğu kimi bu mövzuda da maarifləndirmə işi aparılacaq.

“İdrak” liseyindəki hadisə ilə bağlı məktəbin gözətçisini ittiham edənlər də var. Deyilir ki, gözətçi şagirdlərin çantalarını yoxlamalı idi. Gözətçi hər çantaya baxa bilinməz, bu, fiziki mümkün deyil. Skayner aparatı olmalıdır. Bəs bu tip aparatlar harda quraşdırılır? Strateji obyektlərin mühafizəsindən kənar obyektlərdə skyaner aparatının qoyulması könüllüdür. Ona görə də məsələyə kompleks yanaşmaq lazım olur. Yaxşı olar ki, illik təhsil haqqı həddən artıq yüksək olan özəl məktəblərdə bu cür təhlükəsizlik tədbirləri gücləndirilsin.

Aydın Aslan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
globalinfo.az

1Mənbələr