AZ

ABŞ Ədliyyə Nazirliyi “Netflix”in mümkün antiinhisar pozuntularını araşdırır

Bakı. Trend:

ABŞ Ədliyyə Nazirliyi “Netflix” şirkətinin qanuni rəqabətprinsiplərini pozan metodlardan istifadə edib-etmədiyini araşdırır.Araşdırma yayım platformasının “HBO Max” xidmətini də əhatə edən“Warner Bros. Discovery”ni satın alma planı ilə əlaqədardır.

Trend xəbər verirki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilib ki, nazirlik “Netflix”in “Warner Bros. Discovery”nisatın almasının şirkətin bazardakı dominant mövqeyinimöhkəmləndirib-möhkəmləndirməyəcəyini və ya gələcəkdəinhisarlaşmaya səbəb olub-olmayacağını qiymətləndirir. ABŞqanunvericiliyinə əsasən, tənzimləyici qurumlar bazardainhisarlaşma riski yaradan müqavilə və razılaşmaları bloklamaq üçüngeniş səlahiyyətlərə malikdir.

Qeyd edək ki, “Netflix” “Warner Bros. Discovery”nin aktivlərininbir hissəsini 83 milyard dollar məbləğində satın almağıplanlaşdırdığını açıqlayıb.

Seçilən
29
az.trend.az

1Mənbələr