AZ

Çində tikanlı dinozavr qalıqları aşkar edilib

Alimlərə 200 ildir məlum olan iquanodont qrupu yeni bir növlə - əvvəllər görünməmiş xüsusiyyətlərə malik tikanlı dinozavr növü ilə "zənginləşib". Mükəmməl qorunmuş qalıqlar Çində aşkar edilib.

Moderator.az xəbər verir ki, bu barədə "Nature Ecology & Evolution" məlumat yayıb.

Tədqiqatçılar rentgen skanlama və yüksəkdəqiqlikli histoloji kəsiklərdən istifadə edərək 125 milyon il qorunub saxlanılan dəri hüceyrələrini araşdırıb və heyvanın bədəninin əhəmiyyətli bir hissəsini əhatə edən içi boş dermal tikan quruluşunu aşkar ediblər. Yeni növ Çin paleontoloqu Dun Çjiminin şərəfinə "Haolong donqi" adlandırılıb.

Qeyd olunub ki, otyeyən tikanlı dinozavr kiçik yırtıcı dinozavrların daimi təhlükəsi altında yaşayb. Onun funksiyasına görə kirpi iynələrinə bənzər tikanları unikal təkamülü təmsil edir. Onlar, həmçinin termorequlyasiyada və ya duyğu qavrayışında da rol oynaya bilərdilər.

İndiyə qədər dinozavrlarda bu cür tikanlara dair heç bir dəlil tapılmayıb. Bu sümüklər körpə heyvana aid olduğundan, tikanların yetkin nümunələrdə də saxlanılıb-saxlanılmadığı hələ məlum deyil.

Çində tikanlı dinozavr qalıqları aşkar edilib

Seçilən
1
1
moderator.az

2Mənbələr