AZ

Türkiyədə Epşteynin bənzəri tapıldı: Məni belə bir adamla müqayisə etmələrini istəmirəm

ain.az, Oxu.az saytına istinadən bildirir.

Türkiyənin Kayseri şəhərinin sakini Rifat Özdemir qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynə oxşadıldığı üçün zahiri görünüşünü dəyişdirməyi planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə DHA nəşri məlumat verib.

55 yaşlı Özdemir jurnalistlərə bildirib ki, küçədəki insanlar ona xoş davranmırlar.

"Əvvəlcə qardaşım oğlu mənə Ceffri Epşteynə bənzədiyimi dedi. O zaman onun kim olduğunu belə bilmirdim. Sonra sosial mediadan və xəbərlərdən öyrəndim. Məni belə bir adamla müqayisə etmələrini istəmirəm. Bəlkə də, bir az oxşayırıq, amma mənim bu məsələdə bəxtim gətirməyib", - deyə o şikayətlənib.

R.Özdemir deyib ki, insanların diqqət mərkəzinə düşməmək üçn saç düzümünü dəyişdirməyi və ya saqqal saxlamağı düşünür.

Xatırladaq ki, 2019-cu ildə ABŞ-də yetkinlik yaşına çatmayanların cinsi istismarı ittihamı ilə həbs olunan C.Epşteyn həmin ilin iyulunda həbsxanada ölü tapılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
4
oxu.az

5Mənbələr