5000 alman əsgəri və 105 ədəd “Leopard 2A8” tankı tezliklə Litvanın Rusiyanın müttəfiqi olan Belarusla cənub-şərq sərhədi boyunca daimi olaraq yerləşdiriləcək.
"Ölkə.az" xəbər verir ki, bu barədə “National İnterest” məlumat yayıb.
“Bundesver Baltikyanı ölkələrdə qüvvələrini artırmağa davam edir - bu, İkinci Dünya müharibəsinin sonundan bəri alman qoşunlarının xaricə ilk daimi yerləşdirilməsidir. Bu addım "onilliyin sonuna qədər" Rusiyanın işğalı qorxularına qarşı durmaq üçün hazırlanmış gizli 1200 səhifəlik "İkinci Əməliyyat" (OPLAN Deu) planının bir hissəsidir”, - məlumatda qeyd edilib.
Alman qoşunları Litvanın Belarusla cənub-şərq sərhədindən təxminən 30 kilometr məsafədə yerləşən Rudninkay şəhəri yaxınlığında yerləşdiriləcək.