Oxu.az saytına istinadən ain.az xəbər verir.
Əfqanıstanda ölkəyə investisiya qoyuluşu müqabilində 10 ilə qədər yaşayış icazəsi veriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Əfqanıstan hökumətinin mətbuat xidmətinin rəsmi saytında məlumat verilib.
Bununla bağlı müvafiq qurumlara yaşayış icazəsi üçün müraciət edənlərin ölkəyə nə qədər investisiya qoyduğunu öyrənmək tapşırılıb.
BMT-nin 2024-cü il hesabatına görə, Əfqanıstan əhalisinin 71%-i sabit gəlir və səhiyyə xidmətlərinə çıxış əldə edə bilmir. Ölkə iqtisadiyyatı idxaldan və beynəlxalq yardımdan çox asılıdır. BMT ekspertlərinin hesablamalarına görə, Əfqanıstanda qadın hüquqlarına tətbiq edilən məhdudiyyətlər 2024-2026-cı illər arasında təxminən 920 milyon dollar iqtisadi itkiyə səbəb olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.