ABŞ xüsusi xidmət orqanları prezidenti Donald Trampın əhatəsindəki şəxslərdən biri ilə xarici kəşfiyyatla əlaqəli şəxs arasında "qeyri-adi" telefon danışığı qeydə alıblar. Eyni zamanda milli kəşfiyyatın rəhbəri Tulsi Qabbard bu məlumatın yayılmasının qarşısını alıb.
"Far.Az" xəbər verir ki, bu barədə "The Guardian" qəzeti vəziyyətlə tanış olan anonim məlumatçının vəkilinə istinadən yazıb.
"Ötən yaz Milli Təhlükəsizlik Agentliyi xarici kəşfiyyatla əlaqəli şəxs ilə Donald Trampa yaxın olan bir nəfər arasında qeyri-adi telefon danışığının sübutunu aşkar edib... Ötən həftə Vaşinqtonu ayağa qaldıran son dərəcə məxfi kommünike milli kəşfiyyatın direktoru Tulsi Qabbardın diqqətinə çatdırılıb", - nəşr qeyd edib.
Mənbənin məlumatına görə, Qabbard agentlik əməkdaşlarına məlumatı yaymaq imkanı vermək əvəzinə, kəşfiyyat məlumatlarının kağız nüsxəsini birbaşa prezidentin aparat rəhbəri Suzi Uaylsa təqdim edib.
Qabbard bildirib ki, Uaylsla görüşdən sonra agentliyə kəşfiyyat hesabatını dərc etməmək barədə göstəriş verib: bunun əvəzinə, ciddi şəkildə məxfi saxlanılan materiallar birbaşa onun ofisinə ötürülməli idi. Milli kəşfiyyat direktorunun sözlərinə görə, məlumatçı məlumatların Konqresin kəşfiyyat komitələrinə ötürülməsində israr etsə də, hesabat "kilid altında" qalıb.
Qabbardın ofisinin nümayəndələri ittihamları təkzib edərək onları siyasi motivli və əsassız adlandırıblar.