AZ

"Qarabağ"ın rəqibi doğma meydanda məğlub oldu - VİDEO

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan “Nyukasl" İngiltərə Premyer Liqasının XXV turunda növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, doğma meydanda “Brentford”u qəbul edən "sağsağanlar" 2:3 hesabı ilə məğlub olaraq daxili turnirlərdəki qələbəsizlik seriyasını 6 matça çatdırıb. Bütün turnirlərdə son 9 matçda 1 qələbəsi olan “Nyukasl” Premyer Liqanın turnir cədvəlində 33 xalla 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Nyukasl” və “Qarabağ” arasında ilk qarşılaşma fevralın 18-də Bakıda, cavab oyunu isə fevralın 24-də İngiltərədə keçiriləcək.

İngiltərə Premyer Liqası

XXV tur

"Nyukasl" - "Brentford" 2:3

Qollar: S.Botman, 24, B.Quimaraeş, 79(pen), - V.Janelt, 37, İ,Tiaqo, 45+2(pen), Da Outtara, 85

saytlarin hazirlanmasi

Seçilən
40
2
sportal.az

5Mənbələr