AZ

"Oğlum məni görəndə qorxub ağladı, elə bildi ki..."

"Baku" TV-nin "Qapqara" verilişinin budəfəki buraxılışının qonağı aktyor Hikmət Rəhimov olub.

Publika.az xəbər verir ki, o, "Səkkiz" serialının çəkiliş prosesindən danışıb:

"Səkkiz"dəki baş qəhrəman obrazına görə bir çox qrimçi ilə görüşdüm və başa düşdüm ki, bizdə bu obrazı düzgün qrim edə biləcək, həmçinin bu sahədə kifayət qədər təcrübəsi olan mütəxəssis hələ ki yoxdur. Buna görə də məcbur qalıb dörd dişimdən imtina etdim, qaşımı və saçımı qırxdım. Evə gedəndə oğlum məni görüb qorxusundan ağlamışdı. Elə bilirdi ki, ciddi xəstəliyim var. Bu isə məni narahat edirdi. Serialın həm rejissorluğunu etmək, həm də belə bir psixoloji qəhrəmanı canlandırmaq çox çətin idi. Buna baxmayaraq, maraqlı serial ərsəyə gəldi, xeyli tamaşaçı ona baxdı".

Aktyor, həmçinin mənəvi cəhətdən kamilləşməsindən bəhs edib. Onun fikrincə, insan öz həqiqətləri ilə üz-üzə gəlmədən nə böyüyə, nə də azad ola bilər:

Seçilən
9
1
publika.az

2Mənbələr