AZ

ÜST ABŞ-nin təşkilatdan çıxması ilə bağlı qərar qəbul edəcək

ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmaq qərarı Ümumdünya Səhiyyə Assambleyasının may ayının ortalarında keçiriləcək növbəti sessiyasında razılaşdırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, qərarın gecikməsinə səbəb təşkilatın İcraiyyə Şurasının 7 fevralda başa çatan 158-ci sessiyasının iştirakçılarının bu məsələ ilə bağlı tövsiyə verə bilməməsidir.

ABŞ-nin ÜST-dən çıxması məsələsi hələ də həll olunmayıb. 22 yanvarda ABŞ tərəfi təşkilata lazımi qaydada məlumat verib və ÜST-dən çıxdığını elan edib. Lakin ÜST prosesin tamamlanması üçün yalnız ABŞ-nin təşkilata olan bütün maliyyə borclarının ödənilməsini tələb edib.

ÜST-ə görə, buraya 2024 və 2025-ci illər üçün Vaşinqtonun ödəmədiyi təxminən 260,6 milyon dollarlıq ianələr daxildir.

Əli Hüseynov

Seçilən
10
1
bakivaxti.az

2Mənbələr