AZ

ABŞ də Vensi öldürməklə hədələyən şəxs həbs edilib

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ təhlükəsizlik orqanları vitse-prezident Cey Di Vensi ölümlə təhdid edən bir nəfəri həbs ediblər.

Oxu.Az xəbər verir ki, məlumatı "USA Today" ABŞ Ədliyyə Nazirliyinə istinadən yayıb.

Qeyd olunub ki, Ohayo ştatından olan 33 yaşlı Şennon Matre yanvar ayında ştata səfər edərkən Vensi öldürməklə hədələyib.

"Vitse-prezidenti tapacağam və onu öldürmək üçün M14 avtomatımdan istifadə edəcəyəm", - agentlik onun sözlərini sitat gətirib.

Kişinin evində aparılan axtarış zamanı uşaqlara qarşı cinsi istismar materialları da tapılıb.

Ş.Matreni ABŞ vitse-prezidentinin həyatını təhdid etdiyinə görə beş ilə qədər həbs cəzası və 250 000 dollara qədər cərimə, uşaq istismarı ilə bağlı materialların saxlanması və yayılmasına görə isə 20 ilə qədər həbs cəzası və 250 000 dollara qədər cərimə gözləyir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
oxu.az

1Mənbələr