AZ

Hindistanda keçirilən yarmarka faciə ilə nəticələndi: 1 ölü, 17 yaralı

Hindistanda keçirilən yarmarka faciə ilə nəticələndi: 1 ölü, 17 yaralı

Hindistanın şimalında, Haryana ştatının Faridabad dairəsində keçirilən məşhur "Surajkund" yarmarkasında attraksionun aşması nəticəsində azı bir nəfər ölüb, 13 nəfər isə yaralanıb.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Faridabad dairə komissarı yayıb.

Hadisə yerli vaxtla saat 18:15 radələrində, yarmarkanın ən izdihamlı vaxtında baş verib. Şahidlərin sözlərinə görə, hərəkətdə olan attraksion qəfil aşmağa başlayıb və bu zaman ərazidə xidmət aparan polis müfəttişi insanları xilas etməyə çalışarkən aldığı ağır xəsarətlərdən həyatını itirib. Yaralanan digər 13 nəfər dərhal xəstəxanaya yerləşdirilib, ştatın rəhbərliyi isə hadisə ilə bağlı genişmiqyaslı araşdırma başladıldığını və attraksion operatoruna qarşı cinayət işi açılacağını bəyan edib.

Qeyd edək ki, bu faciədən cəmi bir saat əvvəl eyni yarmarkanın giriş darvazası aşaraq daha dörd nəfərin yaralanmasına səbəb olmuşdu. Ard-arda baş verən bu insidentlər festivalın təhlükəsizlik tədbirlərinin ciddi şəkildə sorğulanmasına yol açıb.

Seçilən
48
afn.az

1Mənbələr