AZ

Milanda etiraz aksiyasında polis və nümayişçilər arasında toqquşma baş verib

ain.az bildirir, Apa.az portalına istinadən.

İtaliyanın Milan şəhərində Olimpiya Oyunlarının keçirilməsinə və ABŞ-ın Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin əməkdaşlarının tədbirlərdə iştirakına qarşı keçirilən etiraz aksiyası zamanı polis ilə bir qrup nümayişçi arasında toqquşmalar yaşanıb.APA xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.Məlumata görə, üzlərini maska ilə gizlədən şəxslər polislərə daş atmağa başlayıb.Buna cavab olaraq hüquq-mühafizə orqanları su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma nəticəsində bir neçə nəfər saxlanılıb.

Qeyd olunur ki, etiraz aksiyaları artıq ikinci gündür davam edir. Milan şəhərində keçirilən əvvəlki günkü etirazda, Olimpiadanın açılış günü olmasına baxmayaraq, iğtişaşlar qeydə alınmamışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
2
apa.az

3Mənbələr