AZ

Zəhərli göbələk daha 4 can aldı

ABŞ-ın Kaliforniya ştatında dörd nəfər göbələkdən zəhərlənib və onları xilas etmək mümkün olmayıb.

Publika.az xəbər verir ki, bu barədə "Associated Press" yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Qeyd edilib ki, zəhərli göbələklərin istehlakı nəticəsində daha üç zərərçəkmişə qaraciyər transplantasiyası tələb olunub.

Bildirilir ki, rütubətli və isti hava şəraiti fonunda ştatda solğun əzvay göbələkləri (Amanita phalloides) geniş yayılıb və onları yeməli göbələklərlə səhv salmaq çox asandır.

Bununla əlaqədar Kaliforniya Səhiyyə Departamenti ştat sakinlərinə cari ildə hər hansı növ göbələk toplamaqdan qəti şəkildə çəkinməyi tövsiyə edib.

Seçilən
68
publika.az

1Mənbələr