AZ

Təhlükəli virus daha bir ölkəni cənginə alır

Banqladeşdə Nipah virusu ilə bağlı ölüm hadisəsi qeydə alınıb.

Publika.az xəbər verir ki, xəstəliyin alovlanması qonşu Hindistandakı oxşar hallardan sonra baş verib.

Təxminən 40-50 yaşlarında olan yaşlı qadın xəstə yanvar ayında qızdırma, miqren, həddindən artıq tüpürcək ifrazı, huşun qarışması və qıcolmalar şikayəti ilə tibbi müəssisəyə müraciət edib. O, bir həftə sonra həyatla vidalaşıb. Hhəkimlər isə Nipah virusunu yalnız ölüm hadisəsindən bir gün sonra müəyyən edə biliblər.

Qadın heç bir səyahət etməməsinə baxmayaraq, təmizlənməmiş xurma palması şirəsi istehlak edib ki, bu da yoluxma səbəbi ola bilərdi.

Mərhumla təmasda olan 35 nəfərin hamısı tibbi nəzarət altındadır və onların analizlərinin nəticəsi mənfi çıxıb. Virusun yayılması ilə əlaqədar Asiya ölkələrinin hava limanlarında gələn sərnişinlər üzərində nəzarət gücləndirilib.

Seçilən
61
1
publika.az

10Mənbələr