AZ

İsmayıllıda istirahət mərkəzində yanğın söndürüldü

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəİsmayıllı rayonu, Diyallı kəndi ərazisində yerləşən istirahətmərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Trend xəbər verirki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətininİsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlbedilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində istirahətmərkəzində, ümumi sahəsi 500 kv.m olan və hazırda təmir işləriaparılan saunada baş vermiş yanğın genişlənmədən qısa müddətdəsöndürülüb.

Yanğın nəticəsində saunanın yanar konstruksiyaları 100 kv.msahədə zərər görüb. Saunanın böyük hissəsi və ətrafdakı tikililəryanğından mühafizə olunub.

Seçilən
26
11
az.trend.az

10Mənbələr