Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bir neçə gün əvvəl Bermud üçbucağının sirri ilə bağlı bəzi tədqiqatçıların səsləndirdiyi fikirlər elm aləmində geniş müzakirələrə səbəb olub.
Reyting.az xatırladır ki, bir qrup alim Bermud bölgəsində baş verən hadisələrin mistik xarakter daşımadığını, həmin ərazidə insanların və texnikanın itməsi hallarının okean dibindən yüksələn güclü metan qazı, eləcə də digər ekoloji amillərlə əlaqəli olduğunu bildirib.
Ekspertlərin fikrincə, metan qazının yüksək konsentrasiyası gəmilərin və təyyarələrin hərəkətinə ciddi təsir göstərir, mühərriklərin iş qabiliyyətini zəiflədir və texniki avadanlıqların sıradan çıxmasına səbəb ola bilər.
Qeyd edək ki, Bermud akvatoriyasında baş verən ən məşhur hadisələrdən biri 5 dekabr 1945-ci ildə “Flight 19” adlı beş təlim təyyarəsinin itməsi olub. Sonrakı illərdə itkilərin sayı azalsa da, 1970-ci illərə qədər çoxsaylı yük gəmisi, balıqçı qayıqları və şəxsi təyyarələr bu ərazidə yoxa çıxıb.
Lakin 1980-ci illərdən etibarən GPS və peyk izləmə sistemlərinin geniş yayılması ilə insidentlərin sayı xeyli azalıb. Alimlər bu faktoru əsas gətirərək bildirirlər ki, itkilərin azalması metan təsirinin zəifləməsi ilə yanaşı, texnologiyanın inkişafı ilə də birbaşa bağlıdır.
Oqtay QORÇU
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.